“Azərbaycan müəllimi”:90 ilin izi ilə

Sentyabrın 5-də Nizami Kino Mərkəzində “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyanın müxtəlif fənn birlik rəhbərləri də iştirak edib.
Yubiley münasibətilə “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimovun salamlama nitqi dinlənildikdən sonra , qəzetin tarixini əks etdirən sənədli film təqdim edilib. Daha sonra Elm və Təhsil Naziri Emin Əmrullayevin çıxışı, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin təbrik nitqi dinlənilib. Qəzetin yeni logosu təqdim olunub, sonda qəzet əməkdaşları təltif edilib.