Təlimdə müasir resurslar

05.10.2024 tarixində Gənc Kimya Müəllimləri Birliyinin “Təlimdə müasir resurslar” adlı onlayn görüşü keçirilib. Təlimçi qismində fəal gənc müəllim Şəbnəm İmanova çıxış edib. Təlimdə learning.apps saytında 2 tip resursun hazırlanma qaydası izah olunub. Bu tip təlimlərin və sertifikasiyaya hazırlaşanlar üçün həmkara dəstək görüşlərinin növbəti həftələrdə davam etdirilməsi nəzərdə tutulub. Elanlar birliyin instagram və facebook səhifəsi üzərindən aparılır. Youtube kanalında qeyd olunmuş videolar paylaşılır. Bizi izləməyə davam edin.