Karyera və şəxsi inkişaf perspektivləri

03.11.2024 tarixdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin baş müəllimi, professor, 10-cu sinif kimya dərsliyinin həmmüəllifi Rumiyyə Camal tərəfindən REHA təlim və təhsil mərkəzində “ Karyera və şəxsi inkişaf perspektivləri “ adlı təlim keçirilib. Şəxsi inkişaf koçu olan Rumiyyə Camal gənclərlə birlikdə bu mövzuda geniş müzakirələr aparıb. Təlimdə Gənc Kimya Müəllimləri Birliyinin sədr müavini Azadə Hənifəyeva qonaq qismində iştirak edib. Dəvətə görə Rumiyə Camala təşəkkür edirik.