Bərdə şəhərində təqdimat keçirilib.

11.01.2025 tarixində Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Azərbaycan Gənc Müəllimlər Asossiasiyanın və Gənc Kimya Müəllimləri Birliyinin təqdimatı olub. Təqdimatda AGMA-nın Bərdə şəhəri üzrə koordinatoru Bəylər Əliyev gənc müəllimlərə assosiasiyanın yaranması, məqsədləri, təlimlər,agma.az saytında göstərilən xidmətlərdən danışıb. GKMB-nin sədri Vəfa Kərimli birlik haqqında məlumat verdikdən sonra kimyabirliyi.az saytının istifadə qaydalarını izah edib. O, Müəllimlərin Sertifikasiya İmtahanına hazırlıq üçün kimyabirliyi.az saytında yerləşdiriləcək sınaq imtahanları haqqında məlumat verib. Tədbirdə iştirak edən gənc müəllimlər ilk işə başladığı məktəbdən, təcrübə əldə etmək üçün peşəkar dəstəyin vacibliyindən danışıblar. Daha sonra liseyin direktoru Teymur Mustafayev çıxış edərək müəllimlərin şəbəkləşməsinin əhəmiyyətini, gənc müəllimlərin özünüinkişaf ilə təhsilə töhfə verməsini qeyd edib.
Gənc Kimya Müəllimləri Birliyi olaraq təqdimat üçün göstərilən dəstəyə görə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimliyə təşəkkürümüzü bildiririk.