Gənc müəllimlərin IV şəbəkələşmə formu keçirildi


15.02.2025 tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən “Süni intellektin təhsildə tətbiqi” mövzusunda GƏNC MÜƏLLİMLƏRİN IV ŞƏBƏKƏLƏŞMƏ FORUMU keçirildi. Tədbirdə süni intellekti effektiv istifadə etmək və təhlükəsizliyi təmin etmək haqqında ətraflı məlumat verildi. Rəsmi və bədii hissədən sonra panel müzakirələrdə “Süni intellekt və etika: Təhsildə dürüstlük və məxfilik məsələləri” və “Rəqəmsal resurslar və süni intellekt: Effektiv təhsil platformalarının inkişafı” mövzusu ətrafında danışıldı. Daha sonra fənn müəllimləri üçün keçirilən vorkşoplarda süni intellekt vasitələrinin əyani tətbiqinə əsaslanan təlimlər keçirildi. Tədbirin sonunda AGMA-nın fəaliyyətində dəstəyini göstərən fəal gənc müəllimlər “Təltifnamə” ilə mükafatlandırıldı.