Təhsil mövzularında qrant layihələrin yazılışı ilə bağlı seminar keçirildi

news-image
news-image

16.02.2025 tarxinində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə  “Təhsil mövzularında qrant layihələrin yazılışı”  mövzusunda seminar keçirildi. Təlimçi Aliyə Əhmədova layihələrin yazılması ilə bağlı mərhələləri aydın , nümunə əsasında izah edərək qrant layihənin mövzusunun seçilməsində məktəbdənkənar məsələlərin, müasir tələblərin  nəzərə alınmağı vurğuladı. Qeyd olundu ki, şagirdlər üçün olan layihənin adı qısa, çağırışçı olmalı, məqsəd bir cümlə ilə ifadə edilməlidir. Layihədən gözləntilər görüləcək işlərə istinad etməlidir. Sonda layihə ilə bağlı icra və smeta sənədi təhlil olundu.