Hesabat iclası keçirildi


1 iyul 2025-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) İdarə Heyətinin iclası keçirildi. İclas zamanı əvvəlcə 6 ay ərzində Assosiasiya tərəfindən yerinə yetirilən işlərə nəzər salındı, görüləcək işlər planlaşdırıldı. Daha sonra AGMA-nın müxtəlif bölgələr üzrə fəaliyyət göstərən birlik sədrləri 2025-ci ilin ilk 6 ayı ərzində həyata keçirdikləri fəaliyyətlərə dair hesabatla çıxış etdilər.
Hesabatda regional təlim və seminarların təşkili, müəllim şəbəkələrinin gücləndirilməsi, təhsil sahəsində sosial təşəbbüslərin dəstəklənməsi və AGMA-nın təmsil olunduğu yerli və beynəlxalq platformalardakı fəaliyyəti xüsusi vurğulandı.
Sədrlər həmçinin qarşıdakı dövr üçün planlaşdırılan təşəbbüslər, əməkdaşlıqlar və gənc müəllimlərin inkişafına yönəlmiş layihələr haqqında da məlumat verdilər. İclasda iştirak edən İdarə Heyəti üzvləri hər bir region üzrə fəaliyyətlərin effektivliyi, innovativ yanaşmalar və qarşıya çıxan çətinliklərlə bağlı müzakirələr apardılar.
AGMA rəhbərliyi birlik sədrlərinin təşəbbüskar və fəal mövqeyini yüksək qiymətləndirərək gələcək fəaliyyət planlarının daha da təkmilləşdirilməsi üçün tövsiyələrini səsləndirdi.