“ Rənglər dünyasına səyahət” adlı tədbir keçirilib.

news-image

Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə kimya müəllimi Xəyalə İsmayılova tərəfindən “ Rənglər dünyasına səyahət” adlı tədbir keçirilib.
Tədbirdə şagirdlər kimya və biologiya fənninin sirlərini praktik işlərlə əyani nümayiş etdirərək , həmçinin müasir dərslər üçün innovativ alətlərin istifadə qaydalarını izah ediblər. Şagirdlərin kimyəvi elementlərə həsr olunmuş şeirləri səsləndirilməsi, müxtəlif rollu oyunların -“Etanolun məhkəməsi”, “Dərviş Parisi partladır”, “Həkim və xəstə olan müasir şagird” kimi səhnəciklərin nümayişi, insan orqanizminə faydalı olan bitkilərin haqqında informasiyanın verilməsi, karbon zəncirinin milli rəqs ilə inteqrasiyası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.