Gənc Kimya Müəllimləri Birliyinin sədri Vəfa Kərimli və sədr müavini Azadə Hənifəyeva ADPU-ya ekskursiya ediblər.

news-image

25 dekabr 2023- cü il tarixdə Ümumilli lider H.Əliyevin 100 illiyi ilə bağlı universitet- məktəb əlaqələrinin tənzimlənməsi çərçivəsində Gənc Kimya Müəllimləri Birliyinin sədri Vəfa Kərimli və sədr müavini Azadə Hənifəyeva müəllim kimi fəaliyyət göstərdikləri məktəbin həvəskar şagirdləri ilə birgə ADPU-ya ekskursiya ediblər.
Məktəb kollektivini Universitetin Tədris Departamentinin Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova və Kimya və Biologiya fakültəsinin baş müəllimi Rumiyyə Camalova qarşılayıb, Tədris Departamentinin müdiri Sənan Əliyev, Elm və innovasiyalar üzrə prorektor, fizika- riyaziyyat üzrə elmlər doktoru professor Asəf Zamanov, Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Kərim Quliyev, Ümumi kimya və KTT kafedrasının müdiri dosent Kəmalə İskəndərova, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Asəf Kazımov motivasiya xarakterli çıxış edərək şagirdlərə dəyərli kitablar hədiyyə ediblər. Şagirdlər Ümummilli lider Heydər Əliyev muzeyini ziyarət edərək məlumatlarla tanış olublar. Şagirdləri universitetin elektron kitabxanası ilə Kitabxana İnformasiya Mərkəzinin müdiri Zinharə Həsənova tanış edib. 18- ci əsrə aid olan nadir kitablar arasında Tarixi Nadir kitabı şagirdlərin marağına səbəb olub. Kimya və biologiya fakültəsinin baş müəllimi Zəminə Məlikova şagirdləri Zoologiya muzeyi ilə tanış edib. Şagirdlər Ümumi kimya və KTT kafedrasının baş müəllimi Rumiyyə Camalovanın mühazirəsində iştirak ediblər. Daha sonra şagirdləri Ümumi kimya və KTT kafedrasının müəllimi k.ü.f.d. Aynurə Tomuyeva Kimya laboratoriyaları ilə tanış edib. Dosent Gülputa Şəfaqətova laboratoriya işinin mövzusu ilə bağlı izah verib. Şagirdlərlə tələbələr həmsöhbət olublar. Məktəb- universitet əlaqələrinin gücləndirilməsi istiqamətində öz dəstəyini əsirgəməyən ADPU-nun rektoru professor Cəfər Cəfərova , ADPU-nun Kimya və Biologiya kafedrasının baş müəllimi Rumiyyə Camalovaya, Bakı şəhəri 215 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayevə, Bakı şəhəri 119 nömrəli tam orta məktəbin direktoru Mətanət Mayılovaya öz təşəkkürümüzü bildiririk. #gənckimyamüəllimləribirliyi #agma