“Müasir resurlar” təlimi Gəncə Dövlət Universitetində

8 aprel 2024-cü il tarixində Gənc Kimya Müəllimləri Birliyinin “Səriştəni paylaş” layihəsi çərçivəsində növbəti “Müasir resurlar” təlimi Gəncə Dövlət Universitetində keçirildi. Təlimdə iştirak edən tələbə və müəllimlərə elektron vasitələrin istifadə qaydaları izah olundu. AGMA və onun tərkibində yaradılmış GKMB-nin fəaliyyəti, virtual laboratoriya, veb alətləri barədə məlumat verildi. Təlim iştirakçıları öyrəndiklərini tətbiq edərək müxtəlif onlayn resurslar yaratdı.
Gəncə Dövlət Universitetinin idarə heyətinə , kimya-biologiya kafedrasının əməkdaşlarına və pedaqoji kollektivə təlimin keçirilməsinə yaxından dəstək göstərdiyi üçün dərin minnətdarlığmızı bildiririk.